Separatçılar sentyabr ayında ordumuza hücum edə bilər – “Yeraltı tunellər və səngərlər qazırlar...”

Separatçılar sentyabr ayında ordumuza hücum edə bilər – “Yeraltı tunellər və səngərlər qazırlar...” 

Qarabağda qalan erməni separatçıları Azərbaycan ordusunun bölmələrinə qarşı təxribatçı hücuma hazırlaşırlar.

AzPolitika.info xəbər verir ki, bu barədə Türkiyənin məşhur “Türkiye Gazetesi” Azərbaycan və Türkiyənin təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Nəşr iddia edib ki, sözügedən mənbələr Ermənistanın sentyabr-oktyabr aylarında yeni təxribat hazırlığında olduğuna dair xəbərləri təsdiqləyib.

Məqalədə həmçinin qeyd olunub ki, təmas xəttində çoxlu sayda raket və minaatan qurğular yerləşdirən ermənilər hazırda yeraltı tunellər və səngərlər qazırlar.

Separatçıların Ağdərə, Xocavənd, Xankəndi, Xocalı və Əsgərən rayonlarında bir çox ərazidə mina basdırdıqları bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi