Separatçıların keçmiş “liderləri” Bakıya gətirilir –

Separatçıların keçmiş “liderləri” Bakıya gətirilir – KİV

Qarabağ separatçılarının keçmiş “lider”lərinin Bakıya gətirildiyi iddia olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azfront” teleqram kanalı məlumat yayıb.

“Qarabağın erməni separatçılarının keçmiş “prezident”ləri (1997-2007) Arkadi Qukasyan, Bako Saakyan (2007-2020) və Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan Bakıya aparılır”, - kanal Şuşadakı mənbəyə istinadən yazıb.

Rəsmi təsdiqlənmiş məlumatlara görə, sentyabrın 27-dən keçmiş “hökumət başçısı” (“dövlət naziri”) Ruben Vardanyan, keçmiş “xarici işlər naziri” David Babayan və “müdafiə qüvvələri”nin keçmiş “komandiri” Levon Mnatsakanyan Bakıya gətirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi