Sərdar Cəlaloğlu “yeni nəsil”lə bağlı müzakirələrdən qəzəbləndi:

Sərdar Cəlaloğlu “yeni nəsil”lə bağlı müzakirələrdən qəzəbləndi: “Gəncliyin, qocalığın siyasətə nə aidiyyatı var?”

“Prezidentin son vaxtlar atdığı addımların guya parlament seçkilərinə indeksləşməsini düşünmək tamamilə yanlışdır.

Əslində ölkədə yaranmış sosial-iqtisadi gərginliyi aradan qaldırmaq məqsədilə səfərlər edilir. Ona görə də bu prosesi seçki ilə əlaqələndirmək qətiyyən düzgün deyil.Bu sözləri  Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu“Yeni Sabah”a danışarkən bildirib.

ADP sədri qeyd edib ki,  parlamentdə yeni nəslin təmsil olunmasının vacibliyi barədə fikirlər də gülməlidir: “Amerika konqresinin senatında orta yaş hardasa 60-dan yuxarıdır. Prezidentlər arasında 60-dan aşağı yaşı olana rast gəlmək çətindir. Bütün bu fikirlər Azərbaycanda yaranmış problemlərdən ictimaiyyətin  diqqətini  yayındırmaq məqsədi daşıyır. Gəncliyin, qocalığın siyasətə nə aidiyyatı var? Siyasi dildə cavanlıq və qocalıq  insanların müdafiə etdiyi ideyalarla bağlıdır. 18-20 yaşlı biri totalitar təfəkkürə malikdirsə, qocadır və ya demokratik düşüncəli 70-80 yaşlı biri cavandır. Yoxsa bu ailə qurmaq deyil ki, deyəsən qoca getsin, cavan evlənsin. Gah deyirlər ki, yaz gələcək camaat oyanacaq, gah deyirlər, cavanlar, hündürboylar gəlsin. Bu nə deməkdir? Azərbaycanda insanlarda o qədər siyasi şüur yoxdur ki, onları bu cür şeylərlə aldatmaq çox asandır. Bu gün elə cavanlar var ki, orta əsr şüuruna malikdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi