Səudiyyə Ərəbistanında mini yubkada gəzən qadın sorğu-sual edildi

Səudiyyə Ərəbistanında mini yubkada gəzən qadın sorğu-sual edildi 

Krallığın tarixi ərazilərindən birində qısa yubka ilə hərəkət edən qadın bu gün Riad polisi tərəfindən saxlanılıb.

Faktinfo.az xəbər verir ki, neçə gündür gündəmi zəbt edən əynində mini yubka, qısa köynək və gözündə gün eynəyi daşıyan qadın bu gün Riad polisi tərəfindən saxlanılıb və sorğu-suala cəlb edilib.

Qeyd edək ki, sözü gedən görüntülər bu həftə sosial şəbəkədə böyük ajiotaj yaratmışdı.

Onuda qeyd edək ki, çoxları üçün sıradan görünən bu hadisə Səudiyyə Ərəbistanında cinayətə bərabər tutulan hərəkət sayılır. Çünki burada qadınların ictimai yerlərə çıxarkən bütün bədənlərini gizlədən geyimlərdən istifadə etməsi vacib sayılır.

Səudiyyə Ərəbistanında mini yubkada gəzən qadın sorğu-sual edildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi