Şeyx Əbdül GÖZ YAŞI TÖKDÜ - "Ölümün məni yandırıb-yaxdı, Rasim"

Şeyx Əbdül GÖZ YAŞI TÖKDÜ - "Ölümün məni yandırıb-yaxdı, Rasim" 

“Ölümün məni yandırıb-yaxdı, Rasim”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti Rasim Balayevin vəfatı xəbərindən sarsılan Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

O, Türkiyədə dünyasını dəyişən sənət dostunun ölümündən sarsıldığını bildirib:

“Heyf səndən, Rasim. Sən adını əbədi olaraq sənət dünyasına həkk etdin. Sən həmişə yaşayacaqsan. Özümə nifrət edirəm, dostlarım bir-bir gedir, mənsə yaşayıram. Rasim, məni tək qoydun, ölümünlə məni yandırıb-yaxdın”.

Xalq artisti göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi