Şimal Axını-2 istifadə edilə bilməz

Şimal Axını-2 istifadə edilə bilməz -Annalena Berbok

Rusiyadan Almaniyaya uzanan Şimal axını-2 qaz kəməri tamamlanmasına baxmayaraq, açılmağa hazır deyil. Berlinlə Moskva arasında əməkdaşlığın davam etdirilməsi üçün Ukrayna böhranı sülh yolu ilə həll edilməlidir.

Bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok ZDF kanalına verdiyi müsahibəsində deyib.

“Almaniya Rusiya siyasətində, başda ABŞ olmaqla, Qərb dövlətləri ilə həmfikirdir. Rusiyadan ölkəmizə qədər uzanan təbii qaz kəməri Avropa İttifaqının enerji qanunvericiliyinə uyğun olmadığı üçün indiki halda istifadəyə verilə bilməz”, - Berbok bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi