“Siyavuş Novruzovun indi dediklərini Ramiz Mehdiyev sözbəsöz Heydər Əliyev haqqında deyib” - Cəmil Həsənli

“Siyavuş Novruzovun indi dediklərini Ramiz Mehdiyev sözbəsöz Heydər Əliyev haqqında deyib” - Cəmil Həsənli 

"Vaxtı ilə Əbdürrəhman Vəzirov respublika rəhbəri təyin edildikdən sonra 1988-ci ildə Ramiz Mehdiyevin məsələsini plenuma qoyub, onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edəndə, bu gün Siyavuş Novruzovun onun haqqında dediklərini Ramiz Mehdiyev də sözbəsöz Heydər Əliyev haqqında deyib".

AzPolitika.info xəbər verir ki, bunu tarixçi professor Cəmil Həsənli bildirib. O, qeyd edib ki, Plenumda Ramiz Mehdiyevi Heydər Əliyevin "adamı" kimi ittiham edəndə o, qəti şəkildə etiraz edib demişdi ki, heç vaxt Heydər Əliyevin "adamı" olmayıb və onun vəzifə karyerasında Heydər Əliyevin heç bir rolu olmayıb.

"Onu komsomol işinə Həsən Həsənov, partiya işinə isə Teymur Süleymanoviç (Əliyev) irəli çəkib. Əksinə, Heydər Əliyevlə uzun müddət münasibətləri soyuq olub və Əliyev hətta onun karyera yüksəlişinə də mane olub. O, əlavə edirdi ki, biz yalnız Vəzirovun gəlişindən sonra anladıq ki, əsl partiya işi, partiya demokratiyası nə deməkdir. O, bütün vasitələrlə çalışırdı ki, Mərkəzi Komitənin (MK) katibi vəzifəsindən uzaqlaşdırılsa da, MK üzvü olaraq qalsın. Necə ki, Prezidentin İcra Aparatının rəhbəri vəzifəsindən getsə də, Təhlükəsizlik Şurasının üzvü olaraq qalır. Plenumda Heydər Əliyevin əleyhinə danışması da bununla bağlı idi. Lakin indikindən fərqli olaraq, onu 1988-ci ildə onu həm MK katibi vəzifəsindən, həm də üzvlüyündən azad etdilər" - C.Həsənli vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi