“Siz qudurmusunuz, bu cür yolu bəyənmirsiniz”

“Siz qudurmusunuz, bu cür yolu bəyənmirsiniz” – İcra nümayəndəsinin sakinə cavabı - VİDEO

Xəbər verdiyimiz kimi, artıq bir neçə ildir Xırdalan şəhərində kanalizasiya və su boru xəttlərinin çəkilişi aparılır.

Aparılan qazıntı və təmir işləri yekunlaşsa da, yollar yarasız olaraq qalmaqdadır. Bu gün isə  Heydər Əliyev prospektində yeni çəkilən kanalizasiya xətti dolaraq daşmağa başlayıb. Yeniavaz.com əməkdaşları hadisə yerində olub və həqiqətən yenicə çəkilən borudan çirkab suyun qeyzer şəklində daşaraq yola, oradan da Ceyranbatan su anbarına axdığının şahidi olublar. Şəhər sakinləri son 10 gündə bu halın dəfələrlə təkrarlandığını bildirdilər. Onların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması ilə bağlı İcra hakimiyyətinə şikayət etdikdə, qurumun nümayəndəsi cavabında “Siz qudurmusunuz, bu cür yolu bəyənmirsiniz” deyib. Həmin video-reportajı sizə təqdim edirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi