SOCAR dəyişikliklər etdi-

SOCAR dəyişikliklər etdi- 3 idarəyə rəis təyin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəisi vəzifəsinə yeni təyinatlar olub.

Bu barədə İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi