
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - Hüquqşünas münasibət bildirdi
“SOCAR Romania”nın rumın bazarındakı əsas enerji şirkətlərindən birinin baş direktoru Ramil Əsədullazadə səs-küylü qalmaqalın mərkəzinə düşüb.
Axar.az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “Cancan” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, o, həmin şirkətin kadrlarla iş üzrə direktoru Bibiana Konstantinlə gizli münasibətdədir.
Rumıniyalı jurnalistlər qeyd ediblər ki, 37 yaşlı Əsədullazadə Buxarestdəki SOCAR PETROLEUM SA ofisindən çıxaraq xidməti “Audi Q7” ilə Baneasa rayonunda yerləşən İKEA ticarət mərkəzinin avtodayanacağına yollanıb. Onu orada xidməti “Şkoda Kodiaq” ilə gələn Bibiana Konstantin gözləyib.
Qısa dayanacaqdan sonra qadın Əsədullazadənin avtomobilinin arxa oturacağına əyləşib. Müşahidəçilər vurğulayıblar ki, tələsikdə qadın öz maşınında şərab butulkası olan paketi unudub və bir neçə dəqiqə sonra geri qayıdaraq götürüb. Bundan sonra cütlük “Club Snagov”a yollanıb və terrasdakı masada üç saat yarımdan çox vaxt keçirib. Nahar şərabla, söhbətlərlə və jurnalistlərin “tamamilə şəxsi” kimi xarakterizə etdiyi jestlərlə müşayiət olunub. Ardınca Əsədullazadə və Konstantin klubun mehmanxana otağına qalxıblar və şahidlərin sözlərinə görə, orada təxminən beş saat qalıblar.
Klubdan çıxarkən Əsədullazadə qeydiyyat şöbəsinə açarı təhvil verib, qadın isə oteli tərk etməyə çalışıb. Lakin avtomobilə doğru gedərkən onlar artıq münasibətlərini gizlətməyiblər, əllərini tutub öpüşüblər. Buxarestə dönüş yolunda isə Konstantin arxa oturacaqda yox, Əsədullazadənin yanında ön oturacaqda əyləşib.
Nəşrin məlumatına görə, Ramil Əsədullazadə evlidir və ər-arvad birlikdə Buxarestdə yaşayır.
Bundan başqa, Əsədullazadənin keçmiş katibəsi Ramona ilə münasibətindən uşağının olduğu da bildirilir.
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası...
Hüquqşünas Ə.Həsənov məsələyə münasibət bildirib: "Əlbəttə, kim kiminlə sevişir və s. – bizə dəxli yoxdur. Hər kəsin şəxsi işidir. Ailəlidirlərsə belə, bu, yalnız onların həyat yoldaşlarına və övladlarına aid olan məsələdir. Bir şərtlə – bunu öz hesablarına və qeyri-iş yerində etməlidirlər. Məlumatdan isə görünən odur ki, Ramil Əsədulzadə və Bibiana Konstantin şəxsi görüşlərinə SOCAR-ın xidməti avtomobillərində gedir. Özü də nə avtomobillər: Audi Q7 və Skoda Kodiaq. Yəni keflərini də bizim, yəni xalqın hesabına edirlər. Onu da başa düşmürəm ki, “kadro şöbəsi”nin rəhbərinin niyə xidməti avtomobili var?
Ümumiyyətlə, SOCAR-ın xeyli ölkədə dəbdəbəli ofisləri və böyük sayda əməkdaşı niyə lazımdır axı? Benzin satmaq üçün 2-3 işçi kifayətdir ki, uçot aparıb elektron şəkildə Bakıya lazımi məlumatları ötürsünlər. Şükür Allaha, yüksək texnologiyalar dövründə yaşayırıq. Demişəm və deyirəm: müasir dövrdə cinsi əlaqədən başqa az qala hər şeyi distant formada həyata keçirmək olar. Bu gün hansı dövlət qurumuna və məmura müraciət edirsən, deyir ki, hökumət ciddi qənaət rejiminə keçib, büdcədə pul yoxdur və s. və i.a. Belədirsə, bəs onsuz da səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur? Nə vaxta kimi bu qlamur oğlancıqlar komandası uşaqlıq, baxça, məktəb, məhəllə və s. dostları vasitəsilə ölkəmizi uçuruma apararaq və sosial-iqtisadi böhranı daha da dərinləşdirəcəklər?.."
Faktinfo.az

Bu xəbər üçün şərh yazın