ŞOK İDDİA: DAĞISTANDA İKİ AZƏRBAYCANLI ÖLDÜRÜLÜB, XEYLİ SAYDA YARALI VAR

ŞOK İDDİA: DAĞISTANDA İKİ AZƏRBAYCANLI ÖLDÜRÜLÜB, XEYLİ SAYDA YARALI VAR 

Xəbər verildiyi kimi, dünən axşam saatlarında Rusiya-Azərbaycan sərhədində silahlı insident baş verib.

Hurriyyet.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, Rusiya hərbçiləri iki aya yaxındır Dağıstan-Azərbaycan sərhədində yığışıb, öz vətənlərinə keçmək istəyən azərbaycanlılara qarşı zor tətbiq edib. Hətta onlar arasında güllələnlərin olduğu bildirilir.
Bəzi informasiyalara görə, rus hərbçilərin açdığı atəş nəticəsində iki azərbaycanlı öldürülüb, 10-a yaxın yaralı var.

Xatırladaq ki, iki aya yaxındır Azərbaycana keçmək istəyən azərbaycanlıların sərhəddə qarşısı alınıb. Koronavirus səbəbindən onların ölkəyə axını məqsədəuyğun hesab olunmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi