Son 6 ildə Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artıb-

Son 6 ildə Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artıb- NƏ İLƏ BAĞLIDIR?

Ötən il ərzində Azərbaycanda 24 min 228 nəfərdə psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.

Faktinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki,açıqlanan sonuncu rəsmi məlumatlar göstərir ki, psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı əvvəlki illə müqayisədə 8,8% artıb.

Belə ki, 2023-cü ildə Azərbaycanda 22 min 273 nəfərə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulub.
Onu da qeyd edək ki, son 6 ildə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı davamlı olaraq artır.

Aşağıda illər üzrə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı göstərilib:

2019-cu il – 11 718 nəfər;
2020-ci il – 12 334 nəfər;
2021-ci il – 14 409 nəfər;
2022-ci il – 18 561 nəfər;
2023-cü il – 22 273 nəfər;
2024-cü il – 24 228 nəfər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi