SON QƏRAR: Türkiyədə seçkilər mayın 14-də keçiriləcək,müxalifət hələ də...

SON QƏRAR: Türkiyədə seçkilər mayın 14-də keçiriləcək,müxalifət hələ də... 

" Türkiyədə seçkilər mayın 14-də keçiriləcək"

Faktinfo.az xəbər verir ki,bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib.

Onu da qeyd edək ki,Prezident Rəcəb Tayyib Ərdoğanın bu fikirindən sonra müxalifət düşərgəsində narahatlıq yaranıb.Altılı masanı vahid namizəd göstərməkdə gecikdiyini qınayanlar kifayət qədərdir.Prezident və TBMM-ə keçiriləcək seçkilərə 2 aydan biraz çox vaxt qalmasına baxmayaraq altılı masa namizədini hələ də müəyyənləşdirə bilməyib.Sabah 2 mart tarixində yenidən toplanılması  gözlənilən altılı masada gərginliyin yaşanacağı, prezidentliyə namizədin elan olunacağı gözlənilir.

Faktinfo.az onu da bildirir ki,altılı masada təmsil olunan partiyalar və HDP daxil vahid namizədin müəyyənləşdirilməsində fikir ayrılıqları mövcuddur.Səadət Partiyasının sədri Təməl Karamanoğlu və digər bir neçə partiya sədri CHP rəhbərinin namizədliyini dəstəkləsələr də,xüsusən İYİ partiyasının sədri Meral Akşenər CHP sədri Kamal Qılıncdaroğlunun vahid namizədliyinə qarşıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi