"Soyad sonluğuna “bəyli”, "xanlı" əlavə etmək qanunsuzdur" - Xidmət rəisi

"Soyad sonluğuna “bəyli”, "xanlı" əlavə etmək qanunsuzdur" - Xidmət rəisi 

"Milli Məclisin qərarına əsasən soyad sonluqları “ov”, “yev” olan şəxslər “lı, li, lu, lü”, “zadə”, “oğlu”, “qızı” ilə, yaxud sonluqsuz şəklində dəyişdirə bilərlər".

Report.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, soyad sonluğunun “bəyli”, “xanlı” və s. şəklində dəyişdirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb: "Amma bütün hallarda vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Əgər müvafiq qətnamə çıxarılarsa, qeydiyyat şöbəsi tərəfindən icra ediləcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi