SUM-un direktoru vefat etdi

SUM-un direktoru vefat etdi 

"Merkuri" zərgərlik evinin vitse-prezidenti, DLT və Moskva Mərkəzi Univermağının fəşn-direktoru Alla Verber vəfat edib.

Məşhur biznes ledinin rəsmi ölüm səbəbi hələ ki açıqlanmır.

Lakin məlum olub ki, 61 yaşlı Alla Verber avqustun 5-də İtaliyada olarkən təcili şəkildə xəstəxanaya yerləşdirilib, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bəziləri Allanın infarktdan, bəziləri də uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini iddia edib.

Məlumat üçün bildirək ki, o, Rusiya fəşn sənayesinin ən parlaq və nüfuzlu personalarından biri sayılırdı./Publika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi