Sumqayıtda 5 №-li marşrut avtobusun gecə intervalından şikayət edilir-

Sumqayıtda 5 №-li marşrut avtobusun gecə intervalından şikayət edilir- BU DƏFƏ PREZİDENTƏ MÜRACİƏT OLUNDU

Sumqayıt şəhərinin çoxsaylı sakinləri adndan İsayev Natiq Bəylər oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,

surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya,

surəti: Azərbaycan  Respublikasının Baş naziri cənab Əli Əsədova, 

surəti: Azərbaycan  Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya,

surəti:Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevə müraciət ünvanlanıb.

İctimailəşdirilməsi üçün ölkədə fəaliyyət göstərən saytlara,o cümlədən Faktinfo.az-a göndərilən məlumatda deyilir:

Möhtərəm Cənab Prezident,

İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir. Sizin göstərişləriniz sayəsində 22.11.2023-cü ildə 74 yaşı tamam olan doğma Sumqayıtımız hər gün gözəlləşməkdəkdir. Lakin əfsuslar olsun ki, bəzi qurumlara bu amillər hələ də "yad" gəlir.

Şikayətimiz Sumqayıt şəhərində 5 №-li marşrut avtobusunun çatışmamazlığındandır. Belə ki, 20:45-dən sonra 5 №-li avtobus işləmir. Bu ictimai nəqliyyatdan əsasən Sumqayıt şəhər Xəzər bağları,Kotec qəsəbəsi,İnşaatçılar qəsəbəsi,Kimyaçılar qəsəbəsi, 1-ci, 2-ci, 3-cü 14-cü, birləşmiş məhəllədə yaşayan insanlar istifadə edir.

Biz valideynlərlə yanaşı övladlarımız da əziyyə çəkir. Çıxılmaz vəziyyətdə qalmışıq. Taksilərdən istifadə etməyə maddi imkanımız olmur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də bizim problemə məhəl qoyan yoxdur.

Sizdən artıq dərəcədə xahiş edirik Sumqayıt şəhərində 5 №-li avtobus marşurtunun heç olmasa gecə 23:00-a kimi fəaliyyət göstərməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.

Əvvəlcədən minnətdarlığımızı bildiririk!


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi