Sümük əriməsinə qarşı təbii müalicə

Sümük əriməsinə qarşı təbii müalicə 

"Osteoporozla (sümük əriməsi) mübarizə üçün ilk növbədə kalsiumun səviyyəsini normal saxlamaq və onun sorulmasını təmin etmək lazımdır".

Bu barədə rusiyalı dietoloq Natalya Dinullina bildirib.

Onun sözlərinə görə, kalsium qida məhsullarından əldə edilə bilər:

“Balıq, pendir, kəsmik, xama, süd və s. kalsium almaq mümkündür. Kalsium kələm, kərəviz, ispanaq və quru ərikdə də var, lakin mineral bu məhsullardan daha az sorulacaq.

Kalsium qida əlavəsi kimi də qəbul edilə bilər, ancaq həkim reseptindən sonra, çünki onun “nəqliyyatı” D vitaminidir, onu ya dərman kimi almaq olar, ya da qidadan əldə etmək olar”.

Dinullina həmçinin bildirib ki, osteoporoz ilə yalnız kalsium səviyyəsini izləmək deyil, həm də fosfor və maqneziumu normallaşdırmaq lazımdır:

“Çünki yüksək proteinli pəhrizlərdə fosforun çox olması kalsium səviyyəsinin aşağı olmasının ümumi səbəblərindən biridir”.

Qeyd: Xəbər materiallarını həkim resepti ilə eyniləşdirmək olmaz. Qərar verməzdən əvvəl bir mütəxəssislə məsləhətləşin.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi