Süni intellektin(AI) hüquqi statusu və hüquqi məsuliyyəti-

Süni intellektin(AI) hüquqi statusu və hüquqi məsuliyyəti- Aysu NƏBİZADƏ

Süni intellekti (AI) təyin edən çoxsaylı təriflər olsa da, əsasən insana məxsus davranış qaydalarını həyata keçirən maşınlar hesab edilir.

Sİ maşınlar tərəfindən (komputer və ya komputer idarəsində olan robot) insanın zehni qabiliyyətlərini oxşar şəkildə yerinə yetirmə qabiliyyəti kimi tanınır. İlk dəfə olaraq bu anlayış 1956-cı ildə amerikalı alim Con Makkarti tərəfindən irəli sürülmüşdür. Bu sahədə fəaliyyət göstərən süni intellekt sistemləri daha çox ABŞ və Çin kimi ölkələrdə nəzərə çarpır. Süni intellekt dünyada digər sahələrlə yanaşı, hüquq sahəsində də rolu artmışdır.

Çində mövcud bir məhkəmədə oğurluq və adamöldürmə cinayətlərində “SİSTEM 206” adı verilən süni intellekt sistemi 2019-cu ilin yanvar ayından etibarən istifadəyə edilmişdir. Bu proqramla hakim və prokurorların fəaliyyətinin keyfiyyətinin artırılması hədəflənmişdir. Sistem hər şeyi kağız və rəqəmsala keçirir, eyni zamanda hakimlərin, prokurorların və məhkumların şəxsiyyətini də müəyyən edir. 

Daha sonra Çində Yanchehng həbsxanasında mövcud kameralarda üz tanıma mexanizmləri ilə yanaşı, hərəkət analiz edən texnologiyalar da mövcuddur. Mövcud vəziyyəti analiz edən bu sistemlər gözlənilən problemləri qabaqcadan təhlil edərək bildirmə qabiliyyəti vardır.

London Universiteti Akademiyasında (UCL) alimlər tərəfindən sübutlar və doğru ilə yanlışın əxlaqi problemlərini müəyyən edə bilən Sİ hazırlanmışdır. Həmin Sİ daha əvvəl nəticələnmiş məhkəmə işlərinin yenidən nəticələrini təxmin etmək üçün istifadə edilmişdir. Nəticə olaraq, beş işin dördündə İnsan hüquqları haqqında Avropa Məhkəməsi hakimlərinin vermiş olduğu eyni qərarları vermişdir. 

Məlumdur ki, hüquq sistemi fiziki və hüquqi şəxslər olmaqla şəxslərin iki növünü tanımışdır. Ümumiyyətlə, şəxs anlayışı hüquq və öhdəliklərə sahib olabilən varlıqları ifadə etmək üçün istifadə olunur. Süni intellektin hüquqi statusu, o cümlədən hüquqi kimliyi barədə mülahizələr olduqca müxtəlifdir:

Süni intellektin şəxs hesab olunması rədd olunur

Bu çərcivədə mövcud fikirlərə əsasən Sİ əşyadır. Bu yanaşmaya əsasən, hər hansı bir əşya kimi fiziki və hüquqi şəxslərn mülkiyyətində yer alır. Bu yanaşmadan çıxış edərək, bildirilir ki, Sİ kölədir. Lokkun fikrinə görə mülkiyyət əsasında insanların istehsal etdiyinə sahib olma hüququ vardır. Buna görə də, insanlar istehsal etdiyi Sİ-nin onların köləsi olduğunu və onlara sahib olduqlarını irəli sürə bilərlər.

İkinci yanaşa isə belədir ki, əgər Sİ insanın məxsus olduğu xüsusiyyətlərə sahibdirsə, bu zaman onlar şəxs olaraq qəbul edilməlidir.

Elektron şəxs statusu

Bu yanaşmada hüquqi və fiziki şəxslər xaricində alternativ bir şəxs hesab olunan elektron şəxs mümkün hesab edilir. İlk dəfə bununla bağlı olaraq fikirlər Avropa Parlamentinin 27 yanvar 2017-ci il tarixli hesabatında göstərilmişdir. Həmçinin hesabatda Sİ-nin yalnız əşya hesab olunmaması, lazım gəldikdə vurduğu zərərlərə görə məsuliyyət altına da girə biləcəyi göstərilmişdir. 

Göründüyü kimi, Sİ hal-hazırda müəyyən şəxs statusu verilmədiyindən, yəni hüquq subyekti hesab edilmədiyindən onun məsuliyyəti məsələsi də qeyri-müəyyəndir. Qeyd edilən yanaşmalara baxmayaraq, Sİ-in vəziyyəti əşya olaraq qalmaqdadır. Buna görə də vurulan zərərə görə məsuliyyəti də təqsirsiz məsuliyyət hesab edilir.

Günümüzdə Sİ ilə təmas artdıqca vurulan zərərlər də artmaqdadır. Məsələn, ABŞ-da bir robotun bir şəxsi öldürməsi ilə bağlı təzminat tələb edilmiş və ölən şəxsin ailəsinə on min dollar təzminat ödənilməsinə qərar verilmişdir. 

Qeyd etdiyimiz kimi, şəxs ola bilmə qabiliyyəti yalnız müəyyən hüquq və öhdəliklərə malik olma qabiliyyətidir. Burada məsuliyyətdən danışmaq üçün isə Sİ şəxs statusu məsələsi aydınlaşdırılmalıdır. Hazırki vəziyyətdə qeyd edilən yanaşmalar çərçivəsində “elektron şəxs” statusu mövcud vəziyyətə bir qədər aydınlıq gətirir. Belə ki, Sİ əgər elektron şəxs kimi qəbul olunarsa, vurduğu zərərə görə məsuliyyətindən söhbət gedəcəkdir.

AR mülki qanunvericiliyində bununla bağlı birbaşa tənzimləmə mövcud deyildir. Lakin, təqsirsiz məsuliyyət ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını tədbiq edərək, süni intellektin vurduğu ziyana görə məsuliyyət məsələsi müəyyən olunacaqdır. Bununla bağlı olararaq, AR Mülki Məcəlləsinin 1108 və 1128-ci maddələrini tədbiq edə bilərik.

AR MM-in 1108-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Bu normanın tədbiqi mümkün sayıla bilər. Çünki, Sİ öz hərəkətlərini təhlil və dərketmə qabiliyyətinə mənsub olduğundan, yüksək təhlükə mənbəyi hesab oluna bilər. Süni intellektin əməllərinə görə məsuliyyəti onun mülkiyyətçisi və ya istifadəçisi daşıya bilər. 

Digər tərəfdən AR MM-in 1128-ci maddəsi (malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərə görə məsuliyyət) baxımdan məsələni qiymətləndirə bilərik. Belə ki, süni intellekt istehsal olunmuş bir mal, məhsul kimi qüsurlarından doğan zərər vermə hallarında bu maddənin tədbiqi məqsədəuyğun hesab edilə bilər.


Aysu Nəbizadə,
Bakı Dövlət Universitetinin  magistrı 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi