Suraxanı rayonu sakinləri: “Tikinti şirkəti yaşıllığı məhv edir, rayon İH buna hamilik edir, nazirlik isə ikiüzlülüklə məşğuldur”

Suraxanı rayonu sakinləri: “Tikinti şirkəti yaşıllığı məhv edir, rayon İH buna hamilik edir, nazirlik isə ikiüzlülüklə məşğuldur” 

Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin bir qrup sakini H.Əliyev adına Fondun vitse-prezidenti Leyla Əliyeva və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, o cümlədən “İDEA” İctimai Birliyinə yazılı müraciətlərində bildiriblər ki, yaşadıqları ərazidə çoxillik ağaclar qanunsuz olaraq doğranıb və yerində çoxmərtəbəli bina tikilir.

Sakinlərin Strateq.az-a dediklərinə görə, şikayətlə bağlı sözügedən nazirlikdən ikiüzlü yazılı cavab alıblar: “Hadisə yerinə baxılıb və doğranmış ağac aşkarlanmayıb”. 

Halbuki sakinlər doğranmış ağacların fotoşəkillərini də şikayət ərizəsinə əlavə ediblər.

“İDEA” İB-dən isə İsayeva Nəzakət yerli saklinlərin göstərdikləri faktları yerində yoxlayıb.

Sakinlər bildirirlər ki, Suraxanı rayon İca Hakimiyyətinin xəbəri olmasaydı, bu cür biabırçılıqlar baş verməzdi.

Sakinlərin sözlərinə görə, bu ağaclar məhrum prezident Heydər Əliyevin idarəçiliyi dönəmində əkilib və gələcək nəsillərə yadigar kimi qalmaq əvəzinə vandalizmə tuş olub.

Suraxanı rayonu sakinləri: “Tikinti şirkəti yaşıllığı məhv edir, rayon İH buna hamilik edir, nazirlik isə ikiüzlülüklə məşğuldur”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi