Şuşa-Laçın magistralında Ermənistanın müqavimət şansı sıfra bərabərdir

Şuşa-Laçın magistralında Ermənistanın müqavimət şansı sıfra bərabərdir - Ukrayna KİV

Yazıda təkcə videogörünütülərə əsasən 31 oktyabra qədər Azərbaycanın qarşı tərəfin 4-ü SMERÇ olmaqla 67 reaktiv atəş sistemini, 177 tank, 400-dən çox avtomobili və digər texnikalarını məhv etməsi vəya ələ keçirməsi təsdiq edilir.

Məqalədə Azərbaycanın quru qoşunları və xüsusi təyinatlılarının Şuşa massivində irəliləyişlərinə geniş yer verilib:

“Əgər möcüzə baş verməsə, Şuşa rayonunda Hərbi Hava Qüvvələri təşkil olunmasa, Şuşa-Laçın magistralında Ermənistanın müqavimət şansı sıfra bərabərdir. Yaxın gələcəkdə azərbaycanlılar yeni bir irəliləyiş edərək magistral yolun istənilən yerinə birbaşa atəşi  başladacaq və bundan sonra Ermənistan ordusu Qarabağı tərk etməli olacaq. Ermənilərin dağlardan azərbaycanlıları çıxartmağa gücləri yoxdur”.

Yuriy Botusovun bu yazısında çox maraqlı məqamlar var - xüsusilə də son hissəsi.

Həmin hissənin tərcüməsini təqdim edirik:


“Ermənistan üçün Qarabağdakı vəziyyət ümidsiz görünür. Müharibə uduzulub, amma təəccüblü bir inadla erməni ordusu müqavimət göstərməyə davam edir. Bundan istifadə edən Ermənistan rəhbərliyi müharibəni diplomatik üsullarla dayandırmaq üçün səy göstərərək  yalnız Rusiyanın deyil, həm də Fransanın dəstəyini və daha da açıq şəkildə ABŞ-dan rəğbətini istəyir. Kanada Türkiyəyə Bayraktarın vacib hissələrini təminatı dayandırdı. Azərbaycana beynəlxalq təzyiqlər artır, amma diplomatlar müharibəni dayandıra biləcəklərmi?


Ərdoğan təkcə mövcudluğu və toqquşma təhlükəsi ilə Putini dar bir çərçivəyə salıb, Rusiya qəti şəkildə dinc və düzgün davranır və Qarabağ müharibəsinə müdaxiləsi mümkünsüzdür. Putin KTMT müttəfiqi olan Ermənistana hətta hava hücumundan müdafiə sistemləri də verməyə cürət etmir. Və əksinə - Azərbaycanın NATO ölkəsi olan Türkiyədən qətiyyətlə dəstək alması və 6 Türk F-16 qırıcısının ölkədə olması Rusiyanın Qarabağ ərazisindəki müharibəyə müdaxiləsini istisna edir. Türkiyə açıq şəkildə göstərir ki, Azərbaycana qarşı olan hər hansı bir düşmənçilik, birincisi, Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin güclənməsinə, ikincisi, Suriyada Rusiyanın müttəfiqi Əsədin məğlubiyyətinə, daha sonra ehtimal ki, rus qrupunun  qovulmasına gətirib çıxaracaq.


Qarabağdakı əməliyyatı başa çatdırmaq üçün Türkiyə Fransa ilə açıq  diplomatik qarşıdurmaya girdi və ABŞ ilə gərgin münasibətlərdən çəkinmir.  Bütün bunlar göstərir ki, Ərdoğan və Əliyev Qarabağdakı hərbi əməliyyat tam başa çatana qədər güzəştə getməyəcəklər”.  /Modern.az

Mənbə: https://censor.net/ru/r3228376

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi