Səudiyyə Ərəbistanı neft qiymətlərini çökdürüb

Səudiyyə Ərəbistanı neft qiymətlərini çökdürüb 

"Brent" markalı neftin qiyməti dünən, mayın 2-də 4%-ə yaxın azalaraq 50,14 dollar/barelə enib.

 Faktinfo.az"Vesti"yə istinadən xəbər verir ki, neft qiymətlərinin düşməsinə səbəb Səudiyyə Ərəbistanının ardıcıl üçüncü ay satış qiymətlərinə endirimi artırması amili olub. Belə ki, "Arab Light" markalı neft son 9 ayın maksimal endirim qiyməti ilə, "Extra Light" və "Super Light" markalı daha yüngül neft markaları isə iyun ayında 0,6 və 0,7 dollar endirimlə satılacaq. Ekspertlər bildirirlər ki, səudiyyəlilərin başqa çıxış yolu qalmayıb. Çünki, İran və İraq Asiya bazarında onların iştirak payını mənimsəməyə başlayıb.

Səudiyyə Ərəbistanının növbəti endirimlə bağlı xəbəri "Brent" markalı neftin qiymətini 50 dollar/barelə qədər endirsə də, dünən gecə saatlarında ABŞ-da neft və benzin ehtiyatlarının kəskin azalması qiymətlərdə azalmanın qarşısını ala bilib. Belə ki, ABŞ-da 22-28 aprel həftəsində neft ehtiyatları 2016-cı ildən bu günədək maksimal həcmdə - 4,1 mln. barel azalma göstərib. Benzin ehtiyatlarında azalma isə 2 mln. barelə yaxın olub.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi