T-Finans LTD MMC-nin “Böyük Qayıdış” layihəsidə ilk addımı

T-Finans LTD MMC-nin “Böyük Qayıdış” layihəsidə ilk addımı 

2013-cü ildə fəaliyyətə başlamış T-Finans LTD MMC artıq illərdir ki, ən yeni texnoloji maşın və avadanlıqlarla təchiz edilmiş yeni müəssisə kimi gigiyenik tibbi geyimlər, hərbi geyimlər və bu istqamətdə xüsusi mallar istehsal edir.

T-Finans LTD MMC-nin 2020-ci il may ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə açılışını etdiyi yeni tikiş müəssisəsinin ilk filalının işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Şükürbəyli kəndində açmağı qərara alınmışdır. 

Faktinfo.az xəbər verir ki,Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Şükürbəyli kəndində hərbi formaların tikilməsi fabrikinin açılış tədbirinin keçirilməsi məqsədi ilə 2021-ci ilin sentyabr ayından etibarən “Böyük Qayıdış” devizi altında böyük bir layihənin həyata keçirilməsinə başlanıb. Bu münasibətlə setyabr ayının 1-də T-Finans LTD MMC-nin icraçı direktoru İlahə İlyasova və bir qrup digər üzvü müasir Azərbaycanın qurucusu, Ümumilli Lideri Heydər Əliyevin məzarını ziyarət edilib, xatirəsi ehtiramla yad edilib. Ulu Öndərin məzarı önünə əklil qoyulub.

Həmçinin Azərbaycanın müstəqilliyi uğrunda canları, qanları bahasına mübarizə aparmış, bütöv Azərbaycan üçün son nəfəslərinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanı və 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun məzarı da ziyarət edilib , dualar oxunub, əklillər qoyulub və məzarları önünə gül dəstələri düzülüb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi