Tağıyevin heykəlinin “İçərişəhər” stansiyasının qarşısında qoyulması təklif olunur

Tağıyevin heykəlinin “İçərişəhər” stansiyasının qarşısında qoyulması təklif olunur 

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələ ki, müzakirə mərhələsindədir”.

Bunu Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, müsabiqə iyunun 30-da başa çatır. E.Qasımzadə qeyd edib ki, müsabiqə başa çatandan sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək: “Tağıyevin heykəlinin isə “İçərişəhər” metrostansiyasının qarşısında qoyulması təklif olunur. Hələlik başqa təklif yoxdur”.
İttifaq sədri Azərbaycanın görkəmli memarları – Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırıldığını vurğulayıb: “Artıq heykəllərin eskizləri hazırdı, Mədəniyyət Nazirliyinə təqdim edilib”./APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi