Tanınmış həkimlər özəl klinikalarda işləyirlər – səbəblər, problemlər, reallıqlar...

Tanınmış həkimlər özəl klinikalarda işləyirlər – səbəblər, problemlər, reallıqlar... 

Xaricdə təhsil almış gənc həkim uzmanlar və ya xarici dövlətlərdə 6 ay kurs keçmiş həkimlərin mütləq əksəriyyəti özəl klinikalarda çalışırlar.

Dövlət xəstəxanaları hazırkı reallıqda müəyyən çağırışlara,dövrün tələblərinə cavab verə bilmir. Bu kateqoriyadan olan xəstəxanalara artıq etimad itir. Həkimlərin Dövlət Xəstəxanalarında istədikləri məvaciblə təmin olunmamaları, göstərdikləri tibbi xidmət qarşılığında pasiyentdən normal vəsait tələb edə bilməmələri savadlı həkimlərin özəl klinikalara üz tutmasına səbəb olub.Artıq özəl klinikalarda çalışan peşəkar həkimlər vaxt itkisinə yol verməmək üçün işlədikləri dövlət xəstəxanalarından uzaqlaşırlar.Xaricdə təhsil almış gənc həkim uzmanlar və ya xarici dövlətlərdə 6 ay kurs keçmiş həkimlərin mütləq əksəriyyəti özəl klinikalarda çalışırlar.

 Bura kosmetoloq, travmatoloq, nevropataloq, pediatr, ovtommoloq, uroloq, kardioloq və digər ixtisas sahibləri aiddir. Bu situasiya isə özəl klinika sahiblərini, həm də orada çalışmaq istəyən həkimləri qane edir. Özəl klinika sahibləri bilir ki, peşəkar həkimlərin hər gün onlarla xəstəsi olur. Bu səbəbdən də pasiyentlərə istədikləri qiyməti diqtə edə bilir, bununla əldə etdikləri vəsaitin bəlli bir faizini həmin həkimlərə verirlər .Burada təəccüblü heç nə yoxdur, deyə bilərik ki, kapitalizmin xüsusiyyətlərindən biridir. Lakin təəccüb doğuran hal ondan ibarətdir ki, pulu olan xəstə və ya xəstənin yaxınlarından fərqli əhalinin əksər təbəqəsi özəl klinikalarda analiz verə, peşəkar həkimlərin qəbuluna tələb olunan 45,50,60 manat ödəniş edə bilmirlər. 

Hətta,imkansız xəstələrə məsləhət bilinsə ki, onların şəfa tapması üçün cərrahi əməliyyata ehtiyac duyulur, onda özəl klinikaya kasıb təbəqənin 1500-2000 AZN və ya daha artıq pul ödəməyə imkanı olmur. Belə olan təqdirdə yaranmış vəziyyəti kim tənzimləyəcək, bilinmir.

Hələlik Səhiyyə Nazirliyi bu kimi hallara müdaxilə edə bilmir,bəlkədə etmək istəmir...

Əliabbas Hüseynli

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi