TƏBİB-ə tabe xəstəxanalarda yoxlamalar 2026-cı ilin birinci rübünü də əhatə edəcək

TƏBİB-ə tabe xəstəxanalarda yoxlamalar 2026-cı ilin birinci rübünü də əhatə edəcək 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyində (TƏBİB) apardığı yoxlamalar bütün xəstəxanaları əhatə edir.

Faktinfo.az saytının əldə etdiyi xəbərə görə, artıq bir çox xəstəxanalarda maliyyə pozuntuları aşkarlanıb.Yoxlamaların yekun nəticəsi barədə maliyyə pozuntusuna yol vermiş xəstəxanaların siyahısında Respublika Dəri Zöhrəvi Mərkəzinin,eləcə də akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adının yer alacağı ehtimalı yüksəkdir.

Yoxlamaların xəstəxanaların nəzdində fizioterapiya mərkəzlərini, eləcə də Qutsorsus (yəni bəzi xəstəxanaların laborotoriyalarına kənardan dəvət edilən xidmət) fəaliyyəti ilə məşğul olan ixtisaslaşmış tibbi sahələrə şamil edildiyinə dair xəbərlər də var.

Həmçinin qeyd edilir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar 2026-cı ilin yanvar, fevral, mart aylarına qədər davam edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi