TƏBİB rəhbəri Rauf Nağıyevi işinə bərpa etməli,maaşı ödənməlidir-

TƏBİB rəhbəri Rauf Nağıyevi işinə bərpa etməli,maaşı ödənməlidir- Məhkəmə qərar verdi

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.

Faktinfo.az xəbər verir ki,Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqının ödənməsi tələbi qoyub.

Məhkəmədə qərar elan edilib. Qərara əsasən, Rauf Nağıyevin iddiası təmin edilib.

Qeyd edək ki, uzun illər Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Rauf Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.

/APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər