Təcili yardımın işdən çıxarılan baş həkimi də TƏBİB-i məhkəməyə verdi

Təcili yardımın işdən çıxarılan baş həkimi də TƏBİB-i məhkəməyə verdi 

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.Saytların yaydığı əlumata görə, Rauf Nağıyev Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa edilməsini tələb edir.

Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmışdı.

Qeyd edək ki,TƏBİB-ə tabe xəstəxanalardan işdən çıxardılan və əmək müqaviləsinə xitam verilən digər həkimlər də işə bərpa edilməsi səbəbilə məhkəməyə müraciət edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi