Tehran yenə qarışdı: polislə nümayişçilər toqquşdu

Tehran yenə qarışdı: polislə nümayişçilər toqquşdu 

İranın paytaxtı Tehranda Məhsa Əmini ilə bağlı aksiyalar yenidən başlayıb.

Axar.az xəbər verir ki, geniş təhlükəsizlik tədbirlərinin aparıldığı Tehranda son günlər küçə etirazları universitet və orta məktəblərdə nümayişlərlə əvəzlənmişdi.

Ancaq bu gün etirazçılar yenidən küçələrə çıxıb. Paytaxtın bir çox yerlərində baş tutan aksiyalarda nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər.

Gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edən təhlükəsizlik qüvvələrinin əməkdaşları hökumət əleyhinə şüarlar səsləndirənlərə qarşı rezin güllələrdən də istifadə edib.

Qeyd edək ki, əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi