Təhsildə 2 min rəqəmi

Təhsildə 2 min rəqəmi 

Son aylar istənilən xəbər yazısı orta məktəblərdə baş verən xoşagəlməz halları, hələ də müzakirələri aparılan müəllim narazılıqlarını kənarda tuta bilmir.

 Təhsillə bağlı yazılan xəbər, məqalə daha çox oxunur,münasibət bildirilir.Xüsusilə müəllimlərin işə qəbulu, sertifikasiya və diaqnostik qiymətləndirmə imtahanları narazılıqlarla müşayiət olunur,müzakirələri aylarla davam edir.Hətta regionda və dünyada baş verən hadisələr fonunda yayımlanan xəbərlər təhsildən yazılan məqalələrdən çox oxunmur.Belə anlaşılır və təhsil ekspertləri də təsdiqləyir ki, axrıncı 10 ilə yaxın müddətdə üç təhsil nazirinin dəyişikliyinə baxmayaraq,bu sahənin inkişaf meylləri barədə deyil,başqa nəticəsiz işlərlə məşğul olunub. Axrıncı 10 ildə təhsil naziri olmuş bütün şəxslərin çıxışları imitasiya xarakteri daşıyıb,daxili auditoriyanı yola vermək üçün söylənilib.

  Bu illər ərzində məktəblərdə var olan tərbiyə də aradan götürülüb,təhsil sisteminə şomenlər, klounlar,xaloğlu-biboğlular,məhəllə uşaqları və daha kimlər gətirilməklə məhv edilib,nəticədə təhsildə yaxşılığa doğru heç nə dəyişməyib.Belə də hər şey göz qabağındadır- "görünən dağa nə bələdçi"… Orta məktəblərdə rüşvət, tərbiyəsizlik təzahür edir,ali məktəblərdə isə tələbələrə təhsil krediti ödətdirib mədəni rüşvət toplamaqla məşğuldur.Bu xoşagəlməz hallar varkən,hələ bir təhsil naziri Emin Əmurullayev qalxıb "2 min müəllimin kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir", deməsi müəllimləri aşağılamaq, hörmətdən salmaq qədər ucuz "piar" idi. Sonrakı halda 2 min müəllimi işdən çıxarıb,yerlərinə başqalarının götürülməsi halında müzakirələrdən sığortalanmaq mahiyyəti daşıyırdı.

 Eynən zamanla sabiq təhsi naziri Mikayıl Cabbarov da 2 min rəqəmini xüsusi vurğulamışdı.O,da 2 min saxta diplomlu müəllimi adbaad tanıdıqlarını,onların adını açıqlayacaqlarını bildirmişdi.Sonradan bəlli oldu ki, Azərbaycanda o sayda saxta diplomlu müəllim yox imiş,Müəllimlər İnstitutunun bir neçə filialının direktorlarını bu işlərə qurban vermək gərəkirmiş.İşi tutanlar, pul yığanlar təhsil nazirliyində qaldı,Qazaxda yetim-yesirə əl tutan,kasıblara sünnət toyu edən filial direktoru  rəhmətlik İsa Veyisov "oyuna" qurban verildi.Arxasınca da təhsil nazirliyindəki bir qrup şəxs Bakıda, Şəkidə və s.harda universitet rektoru tanıdılar, çağırıb ona "əl gəzdirdilər",Təhsil Nazirliyi nəzdində Akkreditasiya və Nostrifikasiya idarəsini (hazırkı adı Təhsildə Keyfiyyət Təminatı Agentliyi adlanır) yaratmaqla keçmiş SSRİ məkanında adını universitetə yazdırmış şəxslərin diplomunun tanınması ilə məşğul oldular.Hazırda Akkreditasiya və Nostrifikasiya idarəsinin diplomunu tanıdığı geydirmə hüquqşünaslardan tutmuş onlarla digər ixtisas sahibini istənilən vəzifə başında görmək mümkündür.

           Görünür,bu 2 min rəqəminin çox düşərli olduğunu nəzərə alıb,təhsil naziri Emin Əmurullayev də"2 min müəllimin kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir"deməklə sələfi tək bir neçə pillə yüksəlmək fikrinə düşüb.

 Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər