Tələbə təhsil haqqını ödəyə bilmirsə, işləsin – Deputat

Tələbə təhsil haqqını ödəyə bilmirsə, işləsin – Deputat 

Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik.

Hit.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat TV-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:

"ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?"

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi