“Tenderlər kralı” Hacı Ramazanın oğlu qəzaya düşdü

“Tenderlər kralı” Hacı Ramazanın oğlu qəzaya düşdü – FOTO

Yağmurlu hava rayonların birində yol qəzası ilə nəticələnib. “Ford Mustang” markalı avtomobil qəzaya uğrayıb.

 Yolların sürüşkən olması səbəbindən 44-BB-044 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dərəyə düşüb. “Mustang” kran vasitəsilə düşdüyü yerdən çıxarılıb və masının dərədən çıxarılma görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, adının çəkilməsini istəməyən şəxsin cumhuriyyet.az-a  bildirdiyinə görə avtobili idarə edən tenderlər kralı kimi tanınan Hacı Ramazan Mirzəyevin oğlu olub. Əslən Masallıdan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub. Deyilənə görə, R.Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavoduda inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin, N.Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi