Terrorçular açıqladı -An-26 təyyarəsini...

Terrorçular açıqladı -An-26 təyyarəsini... 

Rusiyaya məxsus An-26 təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” qruplaşması öz üzərinə götürüb.

Bu barədə Livanın “Ad-Diyar” nəşri məlumat yayıb.

Belə ki, terrorçular eniş edən zaman 100 metr məsafədən pulemyotla atəş açdıqlarını və təyyarəni vurduqlarını bildiriblər.

Qruplaşmanın bəyanatında deyilib ki, hökumət qüvvələrinin Şərqi Qutada əməliyyatları intensivləşdirməsinə cavab olaraq təyyarə hədəf alınıb.

Qeyd edək ki, An-26 martın 6-da qəzaya uğramışdı. Rusiya Müdafiə Nazirliyi 39 nəfərin ölümü ilə nəticələnən qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini vurğulamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi