"Təzə kadrlar özlərini doğrultmadı" -

"Təzə kadrlar özlərini doğrultmadı" - Aqil Abbas

"Ağcabədidə 115 artezian sıradan çıxıb”.

Bunu deputat Aqil Abbas Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.


Deputat qeyd edib ki, Melorasiya və Su Təsərrüfatı ASC Ağcabədidə sadəcə 11 arteziana su verir: "Necə olur ki, Əhməd Əhmədzadənin vaxtında bu işlər normal gedirdi, indi yox?! Kənddəkilər ona görə çıxıb Bakıya gəlir. Çünki kənd sakinləri orda işlərini görə bilmir, çörək pulunu qazana bilmir".

A.Abbasın sözlərinə görə, icra başçıları dəfələrlə Nazirlər Kabinetinə müraciət edib, amma nəticə yoxdur: "Gərək mən Yaponiyaya müraciət edəm ki, gəlib arteziana su vursunlar".

Millət vəkili təzə kadrların özlərini doğrultmadığını vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi