Tibb bacısı Heydər Əliyev haqqında: "...gözləri çox ifadəli idi"

Tibb bacısı Heydər Əliyev haqqında: "...gözləri çox ifadəli idi" 

Azərbaycan Televiziyası (AzTV) ümummilli lider Heydər Əliyevin vəfat etdiyi ABŞ-nin Klivlend Klinikasından geniş reportaj hazırlayıb.

Heydər Əliyev həmin klinikada müalicə alarkən ona xidmət edən tibb bacılarından biri Marinela Kreissin müsahibəsi çoxlarını kövrəldib.

 

Tibb bacısı müsahibəsində Heydər Əliyevlə bağlı bu fikirləri səsləndirib:

 "O vaxt Azərbaycanın Prezidenti olan cənab Heydər Əliyevə xidmət göstərmişəm. 20 il keçməsinə baxmayaraq həmin günləri yaxşı xatırlayıram. Qısa müddətdə dost olduq. Onun qayğısına qalmaq çox xoş idi. Heyrətamiz insan idi. Onunla bağlı yalnız gözəl xatirələrim var. Danışmağa və bir şey istəməyə ehtiyac duymurdu, gözləri çox ifadəli idi. Bunu həmişə xatırlayacağam. O, xəstə idi. Bir az yaxşılaşdı.Ölkəyə qayıtmaq istəyirdi.Hər şey - təyyarə və lazım olan bütün ləvazimatlar hazırlandı.Amma o, geri qayıtmamaq qərarına gəldi. İstəmədi ki, xalqı onun səhhətinin yaxşı olmadığını görsün.İnsanların hər zaman onun yaxşı halını xatırlamalarını istəyirdi..."

 

M.Kreiss Heydər Əliyevin vəfat etdiyi günü isə belə xatırlayıb:"Dekabrın 12-də səhər o, əlimdən tutub sığallayır, əlimi buraxmırdı. Hərdən onun əlini buraxmağa məcbur olduğum üçün özümü pis hiss edirdim.Təxminən, iki gün əvvəl həyat yoldaşım bir məqalə tapdı.

Xatırladım ki, Heydər Əliyevin vəfatından 20 il keçib.Onun yaşıl gözlərini heç vaxt unutmayacağam.İllər keçdikcə uşaqlarıma, ərimə onun haqqında danışıram. Gözəl xatirələrim var...”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər