Tiflis Azərbaycandan enerji idxalını 40% artırdı

Tiflis Azərbaycandan enerji idxalını 40% artırdı 

Gürcüstan yanvar-sentyabr ayları ərzində Azərbaycandan elektrik enerjisi idxalını 39,6% artırıb.

Bu məlumatı Gürcüstan Elektrik Enerjisi Sistemləri Kommersiya Operatoru yayıb. Belə ki, ümumilikdə elektrik enerjisi idxalı 1,020 milyard kilovat saat təşkil edib. Rusiyadan Gürcüstana elektrik enerjisi idxalı 0,2% azalaraq, 199,7 milyon kilovat saat təşkil edib.

Qeyd edilən dövr ərzində Gürcüstandan Türkiyəyə enerji ixracı 3,4 dəfə, Rusiyaya 38,9%, Ermənistana 27,7%, Azərbaycana isə 2,5 dəfə azalıb. Bununla əlaqədar olaraq Azərbaycandan Türkiyəyə elektrik enerjisi tranziti həyata keçirilib ki, burada da artım 7,1 dəfə artaraq, 94,6 milyon kilovat saat təşkil edib.

Məlumata görə, cari ilin ilk 9 ayında Gürcüstanın enerji istehsalı keçən ilin analoji dövrüylə müqayisədə 3,6% azalıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi