Timoşenko Yanukoviçi ittiham etdi-

Timoşenko Yanukoviçi ittiham etdi- "İntim çəkilişlərimə baxıb»

Eks-prezident Viktor Yanukoviç Yuliya Timoşenkonun kamerasından çəkilmiş kadrlara baxırmış.

Bu barədə Yuliya jurnalist Dmitri Qordona verdiyi müsahibədə danışıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Timoşenko prezident seçkilərində qalib gələcəyinə o qədər əmindir ki, bu yolda hətta «ölümcül addım» atmağa belə, hazırdır.

Onun dediyinə görə, Viktor Yanukoviç şəxsən əmr verib ki, istintaq izolyatorundan tutmuş, koloniyaya qədər, onun bütün hərəkətləri tam olaraq izlənsin.

Ukraynanın sabiq Baş naziri iddia edir ki, izləyici videokamera ümumi otaqlarda da, tualetdə də qurulubmuş. Onun sözlərinə görə, çəkiliş həftənin bütün günləri 24 saat müddətində aparılıb, çəkiliş lentləri isə vaxtaşırı Yanukoviçə və onun ətrafındakılara ötürülürmüş.

Siyasətçinin sözlərinə görə, ona qarşı «incə» psixoloji terror həyata keçirilib və bütün bunlar onu bir siyasətçi kimi yox, bir insan və qadın kimi sındırmaq məqsədi daşıyıb.

Timoşenko onu da əlavə edib ki, Ukrayna xalqı Yanukoviçi istənilən məhkəmədən sərt şəkildə cəzalandırıb. O, təsdiqləyir ki, partiyadaşları bütün Ukraynada mənzil-mənzil gəzərək, sorğu keçiriblər – sorğu maraqlı nəticələr göstərib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi