“Toy cərimələri, məhkəmə rüsumları gəlir”

“Toy cərimələri, məhkəmə rüsumları gəlir” 

“Ötən il büdcədənkənar gəlirlərin məbləği əvvəlki illə müqayisədə artıb. Belə ki, bu məbləğ 596,1 mln. manat məbləğində olub ki, o da 2019-cu illə müqayisədə 17,2 mln. manat və ya 3,0 faiz çoxdur.

Bu mənbədən ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5  faizi və ya 366,6 milyon manat  vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması  hesabına baş verib. Göründüyü kimi, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır”.

 

Bunu ekspert Qubad İbadoğlu deyib.

 

“Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Məlumat üçün qeyd edim ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli, hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur. Odur ki, təklif edirəm ki, həmin cərimələr silinsin. Gürcüstanda pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan  245 min fərdi şəxslərin və 344 biznes subyektinin cərimələrini ləğv edəcək. Bizdə əksinədir, hələ qabaqdan toy cərimələri, məhkəmə rüsumları gəlir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi