Tramp BMT ölkələrini təhdid etdi: Əgər səsvermədə...

Tramp BMT ölkələrini təhdid etdi: Əgər səsvermədə... 

ABŞ Prezidenti Donald Tramp Qüdslə bağlı BMT üzvü olan ölkələri təhdid edib.

 Tramp Qüdsü BMT-də keçiriləcək səsvermədə üzv ölkələrin İsrailin paytaxtı olaraq tanımayacağı halda, onlara qarşı maddi yardımı dayandıracağını bildirib.

"Yüz milyonlarla, hətta milyardlarla dollar alırlar bizdən, sonra da bizə qarşı səs verirlər. Səsverməni yaxşı izləyirik, qeyd edəcəyik", - Tramp vurğulayıb.

Qeyd edək ki, bundan öncə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli üzv ölkə nümayəndələrinin elektron ünvanına məktub göndərərək, bu səsverməni ABŞ-ın "şəxsi məsələ" olaraq qiymətləndirdiyini bildirmiş və səsvermə ilə bağlı Prezident Trampa hesabat verəcəyini qeyd etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi