
Tramp: Ondan başqa hamı İranı vurmağımızı məsləhət görür
Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ABŞ-ı İranın nüvə proqramı ilə bağlı böhranın hərbi yolla həllindən çəkindirməkdə mühüm rol oynayıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İran çox şanslıdır ki, Qətər əmiri var. Çünki o, İrana ölümcül zərbə endirməyimizi istəmir. Çoxları mənə sadəcə vurmağı məsləhət görür, çünki heç kim bizi məğlub edə bilməz. Nə Çin, nə də Rusiya. Məhz ABŞ dünyanın ən güclü ordusuna sahibdir. Biz cəmi üç həftəyə İŞİD-i məhv etdik”, - Tramp qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın