Tramp rəqiblərini hədələdi-

Tramp rəqiblərini hədələdi- Mənə qarşı impiçment...

“ABŞ prezindentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq”.

Bunu “Fox News”a müsahibəsində Ağ evin sahibi Donald Tramp bildirib.

“Başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa, mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq”, – o deyib.

Qeyd edək ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.

Eyni zamanda son vaxtlar Donald Trampın adı qadınlara qarşı seksual xarakterli hərəkətlər etməsi və onlara susmaq müqabilində pul təklif olunması kimi qalmaqallarda hallanır/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi