Tramp vəliəhdlə bağlı qəti danışdı -

Tramp vəliəhdlə bağlı qəti danışdı - "Salman güclü şəkildə iqtidardadır"

ABŞ Prezidenti Donald Tramp Oval ofisdə jurnalistlərin suallarını cavablandırıb.

 “Röyter” müxbirinin verdiyi sualdan sonra Camal Qaşıqçı cinayətində Səudiyyə vəliəhdinin barmağının olub-olmaması barədə danışmayan Tramp, “O, Səudiyyə Ərəbistanının lideridir. Səudiyyə olduqca yaxşı bir müttəfiqdir” sözlərini işlədib.

“Səudiyyə Ərəbistanını dəstəkləmək vəliəhdi dəstəkləmək deməkdir?” sualına isə Tramp, “Bəli, hazırda tamamilə elədir” cavabını verib.

Müxbir prezidentə həmçinin kral ailəsinin bir çox simalarının Məhəmməd bin Salmanın kral olmasını əngəlləməyə çalışdığını, ancaq Salmanın kral roluna ABŞ və Trampın qərar verəcəyinin düşünüldüyünü bildirib.

“Belə bir şey eşitməmişəm. Buna münasibət bildirə bilmərəm. Eşitdiyim tək şey Salmanın olduqca güclü şəkildə iqtidarda olmasıdır”, - Tramp cavabında deyib.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi