
Trampın Netanyahudan istəyi: Bu nüvə obyektini vurun!
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrandakı Fordo nüvə obyektinə zərbə endirmək imkanını müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid yazıb.
Qeyd olunur ki, Tramp Fordodakı nüvə obyektinə zərbə endirmək imkanını nəzərdən keçirir. Ravidin sözlərinə görə, ABŞ prezidenti belə bir hücumla Tehranın nüvə silahı yaratmasının qarşısını almaq istəyir.
Bildirilir ki, Fordodakı nüvə obyekti İsrailin son hücumlarından məhdud dərəcədə ziyan görüb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyundan İranın nüvə və hərbi bazalarına zərbələr endirir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın