Tural Abbaslı ilə keçmiş nazir əlbəyaxa davaya qalxdı

Tural Abbaslı ilə keçmiş nazir əlbəyaxa davaya qalxdı - Video

Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub.

Toplantı xeyli gərgin atmosferdə keçib.

İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T.Abbaslı təklifin əleyhinə çıxaraq, bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi keçməyib və AXH-nin dönəm sədri idarə heyəti üzvü kimi qalıb.

Bundan sonra hər iki siyasətçi arasında qarşılıqlı ittihamlar səslənib. T.Abbaslı sabiq naziri hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham edib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəyaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. Üç saat davam edən iclasda gərginlik sona qədər davam edib.//Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi