
Türk dünyasında Qazaxıstan birinci yerə yüksəlib - Ərdoğan
Qazaxıstanı Mərkəzi Asiyanın ən güclü iqtisadiyyatına malik ölkəsidir.
Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunda deyib.
“Ötən ilin yekunlarına görə, Qazaxıstanın xarici ticarət dövriyyəsi 145 milyard dollara çatıb, ÜDM artımı heyrətamiz - 6,5 faiz təşkil edib, adambaşına düşən gəlir isə 15 min dollara yaxınlaşıb. Astana Ankara ilə ticarət tərəfdaşları arasında Türk dünyasında birinci yerə yüksəlib”, - Ərdoğan bildirib.
Ərdoğan həmçinin Ankaranın Qazaxıstandan böyük həcmdə neftin Türkiyə vasitəsilə dünya bazarlarına nəqlinə hazır olduğunu qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın