Türk lirəsi niyə ucuzlaşır? – “İdxalın ixracı üstələməsi, investisyanın ölkədən çıxması...”

Türk lirəsi niyə ucuzlaşır? – “İdxalın ixracı üstələməsi, investisyanın ölkədən çıxması...” 

Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. 2020-ci ildə ABŞ dollarına olan məzənnəsi 5,95-dən 7,3-ə düşüb.

Ucuzlaşmanın səbəblərini şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, ölkənin tədiyyə balansına baxdıqda bunun səbəblərini görmək olar. Əsas səbəb xarici ticarətdə idxalın ixracı üstələməsi, investisiyaların ölkədən çıxmasıdır.

"2020-ci ilin yanvar-may aylarında cari hesablar balansının kəsiri artaraq 3,8 milyard dollar olub. Halbuki, ötən ilin eyni dövründə 1 milyard dollarlıq profisit qeydə alınmışdı. Buna səbəb ticarət balansında kəsirin böyüməsidir. 2019-cu ilin yanvar-may aylarında kəsir 4,6 milyard dollar olduğu halda 2020-ci ildə 16,2 milyard dolara yüksəlib" - S.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda müsbət saldo 118 milyon dollar olsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələn birbaşa investisiylar 3,7 milyardan 2,7 milyard dollara qədər azalıb: "Portfel investisiyalara gəldikdə isə, ölkədən çıxan investisiyanın həcmi 11,3 milyard dollar olub. 2019-cu ilin ilk 5 ayında əksinə, ölkəyə gələn portfel investisiyanın həcmi 5,9 milyard dollar idi".

Ekspert qeyd edib ki, may ayında rəsmi ehtiyatlar 2,7 milyard artsa da, yanvar-may ayı üzrə ümumilikdə 22,4 milyard dollar azalıb. "2019-cu ildə 3 milyard dollar artırmağa müvəffəq olmuşdular. Məlumat üçün bildirim ki, ehtiyatlar mart ayında 16,6 milyard, apreldə 8,6 milyard dollar azalmışdı", - deyə iqtisadçı bildirib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi