Türk PUA-ları Afrikada – 16 ölkə "TB2", "ANKA" və "Aksunqur" istifadə edir

Türk PUA-ları Afrikada – 16 ölkə "TB2", "ANKA" və "Aksunqur" istifadə edir 

Türkiyənin Afrikaya ixrac etdiyi pilotsuz uçuş aparatları qitədə təhlükəsizlik əməkdaşlığını gücləndirərək, terrorla mübarizə əməliyyatlarında mühüm rol oynamağa davam edir. 

Hazırda Türkiyə dünya PUA bazarının təxminən 47%-nə sahibdir. Afrikada isə Mali, Mərakeş, Efiopiya, Nigeriya, Liviya, Burkina-Faso, Toqo, Niger, Cibuti, Somali, Ruanda, Keniya, Anqola, Tunis və Çad daxil olmaqla 16 ölkə Türk istehsalı PUA - lardan fəal şəkildə yararlanır.

Qitədə əsasən "Bayraktar TB2" ön planda olsa da, "ANKA" və Aksunqur modelləri də geniş şəkildə əməliyyatlara cəlb olunur. Bu PUA-lar kəşfiyyat, müşahidə və yüksək dəqiqlikli zərbə imkanları ilə Afrika orduları üçün kritik üstünlüklər yaradır.

Bir sıra mərkəzi hökumətlər separatçı və terrorçu qruplara qarşı əməliyyatları məhz Türk PUA-ları ilə həyata keçirir. Eyni zamanda bu hava vasitələri dövlətlərin hərbi gücünü nümayiş etdirmək baxımından da istifadə olunur.

Mütəxəssislər qeyd edir ki, Afrika ölkələrinin Türkiyə istehsalına üstünlük verməsinin əsas səbəbi PUA-ların etibarlılığı, döyüş şəraitində yüksək effektivliyi və münasib qiymət aralığıdır./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi