Türkiyə 40-dan çox döyüş gəmisi göndərdi - Çipras

Türkiyə 40-dan çox döyüş gəmisi göndərdi - Çipras 

Türk donanmasına aid 40-dan çox döyüş gəmisi Rodos və Meis adasına yerləşdirilib.

Bunu Yunanıstanın sabiq baş naziri Aleksis Çipras parlamentdə çıxış edərkən deyib.

“Siz heç bir şey olmamış kimi işinizə davam edərkən Türkiyə donanması limanlardan ayrılaraq Rodosun cənubuna və Meis adasının qərbinə gəldi. Eyni zamanda, siyasi rəqibləri mühakimə etmək və milli maraqlarınız naminə bu kritik dövrdə yunan xalqını parçalamağa çalışırsınız”, - A.Çipras bildirib.

Sabiq baş nazir Miçotakis hökumətini Egey dənizində Türkiyəyə qarşı passiv qalmaqla ittiham edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər