Türkiyə 72 saat vaxt vermişdi: 6 Türk buraxıldı

Türkiyə 72 saat vaxt vermişdi: 6 Türk buraxıldı 

Liviyada general Hafter qüvvələrinin girov saxladığı 6 Türk vətəndaşı sərbəst buraxılıb. Əldə edilən məlumata görə, 6 Türk gəmiçi, gəminin sahibi tərəfindən təhlükəsizlik güclərindən alınaraq təkrar gəmiyə qaytarılıb.

Qeyd edək ki, Liviyada Hafterə bağlı qeyri-qanuni milis gücləri tərəfindən 6 Türk vətəndaşı girov olaraq götürülmüşdü. Türkiyə ilə gərginliyə səbəb olan hadisə Ankaranın sərt təpkisi və verdiyi 72 saat müddət ultimatumundan sonar çözülməyə başladı. Əldə edilən məlumata görə, Liviyaya mal boşaltmaq üçün limana girən gəmidən quruya enən 6 Türk gəmiçi Hafterə bağlı güclər tərəfindən saxlanılıb. Liviyada Qanuni hökumət qarşısında xeyli çətin vəziyyətdə qalan Hafter, vətəndaşlarımızı Türkiyəyə qarşı təhdidləri çərçivəsində saxlayıb. Hadisəyə sərt təpki verən Türkiyənin Xarici İşlər Nazirliyi, "Liviyada Hafterə bağlı qeyri-qanuni milis güclər tərəfindən altı vətəndaşımızın saxlanılması quldurluq xüsusiyyətində bir hərəkətdir. Vətəndaşlarımızın dərhal sərbəst buraxılmalarını gözləyirik. Əks halda Hafter ünsürləri qanuni hədəf halına gələcəkdir. Bunun üçün Hafter qüvvələrinə 72 saat vaxt verilir" xəbərdarlığını edib.


BU GÜN BURAXILDILAR


Bu xəbərdarlıqdan sonra Hafter gücləri Türk vətəndaşları buraxmaq məcburiyyətində qalıb. Əldə edilən məlumata görə, 6 gəmiçi Türkiyə vətəndaşı gəminin sahibi tərəfindən Hafter güclərindən alınaraq gəmiyə geri aparılıblar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi