"Türkiyə ABŞ-ın qarşısında dik duran dövrünə qədəm qoyub,iqtidar formulu budur"

"Türkiyə ABŞ-ın qarşısında dik duran dövrünə qədəm qoyub,iqtidar formulu budur" -Perinçək

“Fərat qalxanı”, “Zeytun budağı”, “Sülh çeşməsi” hərəkatları ilə ən başda FETÖ-nun zərbələrini dəf edərək, türk ordusu və milləti olaraq zəncirlərimizi qırdıq.

Bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək deyib. O, Türkiyənin tarixi bir fürsət qazandığını söyləyib:

Əlimizə Türkiyənin azad, müstəqil və başı dik qərar verəcəyi bir fürsət düşüb. 2014-cü ildən bu vaxta qədər keçən müddətdə ABŞ-ın Türkiyə üzərindəki nüfuzu, təzyiqi qırılıb. Zəncirlərimizi qırdıq.

Keçmişdə hökumət olmaq üçün ABŞ-dan icazə alınırdı, ABŞ bəyənirsə, hökumət olurdu. İndi o dövr keçib. Türkiyə ABŞ-la kəllə-kəlləyə gələn, qarşısında dik duran hökumətlər dövrünə qədəm qoyub. İqtidar formulu budur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi