Türkiyə Almaniya teraktının təşkilatçısını yaxaladı

Türkiyə Almaniya teraktının təşkilatçısını yaxaladı 

Rusiya və Almaniyada teraktların təşkilatçısı olan İŞİD döyüşçüsü Suriyada Türkiyə tərəfindən saxlanılıb.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib. Terrorçunun Azez şəhərində ələ keçirildiyi bildirilib.

Soylu onun Cihad əd-Din ən-Nasir olduğunu söyləyib. O, ələ keçirilən şəxsin bomba hazırlığı, döyüşçülərin tapılması və kamikadze şəbəkəsinin formalaşmasında iştirak etdiyini bildirib.

Nasirin 2018-ci il Rusiyada və Almaniyanın Hamburq şəhərindəki teraktlar təşkil etdiyi vurğulanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər